Kosovada polislərlə albanlar arasında qarşıdurma - VİDEO
Maide.az-ın verdiyi məlumata görə, polislər Kosova hökumətində serb nazirinin istefasını tələb edən minlərlə etnik albanların aksiyasını dağıtmaq üçüngözyaşardıcı qazdan istifadə edib. Azı 15 nümayişçinin travma aldığı bildirilir. Hüquq mühafizə orqanlarının əməkdaşları arasında da yaralananlar var. Qeyd edək ki, yanvarın əvvəlində Aleksandr Yablanoviç albanları «vəhşilər» deyə adlandırmışdı.