Kosovada məscid inşa ediləcək
Şərqi Avropada yerləşən Kosova Respublikasında məscid inşa ediləcək. Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Kosovanın paytaxtı Priştində azan səsini yüksəldəcək mərkəz məscidin inşası Ramazan ayından sonra başlanacaq. Kosova baş ruhanisi Sabri Bajgora Ramazan ayından sonra Priştində poçt binasının yaxınlığındakı ərazidə Mərkəzi məscidin inşasının başlayacağını bildirdi. Məscidin inşası Türkiyə tərəfindən maliyələşdiriləcək.