Maide.az

Kosmonavt kosmosa Qurani-Kərim aparacaq

Birləşmiş Ərəb Əmirliklərinin 25 sentyabrda kosmosa uçmağa hazırlaşan ilk kosmonavtı Haza Əl Mənsuri özü ilə Qurani-Kərim də aparacaq.   Maide.Az İQNA-ya istinadən xəbər verir ki, kosmonavt yanında ailə fotolarını və xalis ipəkdən tikilmiş BƏƏ bayrağını da götürəcək.   8 gün çəkəcək səyahət “Soyuz MC-1” kosmik gəmi ilə keçiriləcək.   Uçuş Baykonur Hava Bazasından icra ediləcək.