Maide.az

Koronavirusa yoluxanların 56 faizdən çoxu Bakıda yaşayır

Azərbaycanda koronavirusa ən çox Bakı şəhərində yoluxublar. Bu barədə koronavirus.az saytı məlumat yayıb.   Məlumatda deyilir ki, ölkə üzrə koronavirusa yoluxmanın 56,2%-i Bakı şəhərinin payına düşür.   Bakının rayonlarına gəlincə, Binəqədi rayonunda 14,2 %,Yasamal -11,8 %, Xətai - 12,2%, Sabunçu- 11,9%, Nəsimi- 9,2%, Suraxanı - 8,1%, Nərimanov - 8,4%, Nizami - 7,2%, Qaradağ - 7,3%, Səbayel- 4,5%, Xəzər - 4,9%, Pirallahı rayonunda 0,3 %  COVİD-19-a yoluxma qeydə alınıb.   Sonrakı yerlər belədir Abşeron rayonu -15,9 %, Gəncə-Qazax- 6,6 %, Aran - 10 %, Lənkəran - 4,4 %, Quba-Xaçmaz- 1,9 %, Şəki-Zaqatala- 1,7 %, Yuxarı Qarabağ -1,0 %, Dağlıq Şirvan -1,7 %, Naxçıvan Muxtar Respublikası 0,05 %.   Ölkə xaricindən gələn şəxslərin 0,8%-i virusa yoluxub.   Qeyd edək ki, avqustun 17-də ölkədə 34 343 yoluxma faktı qeydə alınıb.