Maide.az

''Koroğlu'' körpüsünə tikanlı məftillər çəkilib

İctimaiyyət arasında şərti olaraq “intihar körpüsü” kimi daha tanınan, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən asma körpüdə mühafizə gücləndirilir.   Bununla intiharın qarşısını almağa çalışırlar. Körpünün dəmir-beton konstruksiyalarının dörd bir tərəfinə polis postu ilə yanaşı tikanlı məftillər də çəkilib. Bundan sonra intihar etmək istəyənlər daha o körpüyə də çıxa bilməyəcəklər. Polislə yanaşı tikanlı məftillər də qarşılarını kəsəcək.   Asma körpü 2011-ci ilin dekabrında istifadəyə verilib. Cəmi 3 il körpüdə intihar olmayıb. 2014-cü ildən başlayaraq körpü intihar etmək istəyənlərin, sözünün eşidilməsini arzulayanların məkanına çevirilib. Asma körpü əsasən məmur özbaşınalığından bezən vətəndaşların “sevimli” körpüsüdür. (meydan.tv)