Maide.az

Konsulumuzu Moskvanın mərkəzində döydülər - Polad Bülbüloğlu danışdı - YENİLƏNİB-VİDEO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Day.Az-ın müxbiri ilə söhbətində konsulumuzun Moskvada döyülməsi faktını təsdiq edib.     "Hələlik bizdə heç bir məlumat yoxdur. Hazırda məsələni araşdırırıq. Tezliklə baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayacağıq," - deyə səfir bildirib.    ** Rusiya paytaxtının polisi Moskvanın mərkəzi hissəsində Azərbaycan konsulluğunun əməkdaşının döyülməsi barədə məlumatı araşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə RenTV telekanalına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.   İlkin versiyaya görə, hadisə Konyuşkovski küçəsində baş verib.   Zərərçəkənin vəziyyəti barədə informasiyanın dəqiqləşdirildiyi bildirilir.