Maide.az

Konqres İran sazişinə baxmağa başlayacaq

ABŞ prezidenti Barack Obama administrasiyası bu günlərdə əldə olunmuş İran nüvə sazişini baxılmaq üçün Konqresə təqdim edib. Dövlət Departamenti iyulun 19-da bildirib ki, sazişə Konqresdə 60 gün ərzində baxılmasına iyulun 20-də başlanacaq. Saziş iyulun 14-də Vyanada İranla Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlar arasında əldə olunub.   İyulun 19-da İsrail rejiminin baş naziri Benjamin Netanyahu Konqresi sazişi rədd etməyə çağırıb.    ABŞ Dövlət katibi John Kerry iyulun 19-da CNN-ə deyib ki, Konqres sazişi “məhv etsə”, İranla danışıqlar prosesi də bitəcək.   Saziş İranın nüvə proqramını məhdudlaşdırmasını və beynəlxalq təftişlərə icazə verməsini nəzərdə tutur. Əvəzində ölkəyə beynəlxalq sanksiyalar qaldırılacaq.