Konqoda yük qatarı relsdən çıxdı, 40 nəfər öldü
Konqonun şərqində yük qatarının relsdən çıxması nəticəsində ən az 40 nəfər həyatını itirdi. Maide.Az “AA”a istinadla xəbər verir ki, Lumbaşi şəhərinə gedən qatar Kindu və Kamina bölgəsində relsdən çıxıb. Qəzada yük qatarına qaçaq minərək səfər edən 40 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qəzaya səbəb həddən artıq sürət və dəmir yolu xəttinin sıradan çıxması səbəb olub.