Maide.az

Konqoda Ebola virusuna yoluxanların sayı 2 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keçib.   Maide.Az bildirir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində deyilir.   Məlumatda bildirilir: "Bazar ertəsi, 2019-cu il iyunun 3-ü üçün vəziyyət: ümumilikdə 2008 yoluxma halı, 1914 hal təsdiq edilib, 94-ü mümkün, 1346 nəfər ölüb və 539 nəfər sağalıb".   Daha əvvəl 1945 nəfərin yoluxduyu bildirilirdi. /Trend /