Maide.az

Komitə sədri: Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq

Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: “Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”. Komitə sədri bildirib ki, müntəzəm olaraq 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir.