Maide.az

Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub - FOTO

Qəzaya təyyarənin yanacaq çatışmazlığı səbəb olub   Kolumbiyada Boliviyaya məxsus təyyarənin qəzaya uğramasının səbəbləri məlum olub.   "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Aviasiyasının Aviasiya təhlükəsizliyi xidmətinin rəisi Freddi Bonilya keçirdiyi mətbuat konfransında xəbər verib.   Onun sözlərinə görə, qəzaya təyyarənin yanacaq çatışmazlığı səbəb olub.    Qeyd edək ki, təyyarə Medelin şəhərinin 50 kilometrliyində qəzaya uğrayıb. Hadisə zamanı onun göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun heyəti, 9 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 77 nəfər olub. Onlardan 6-ı sağ qalıb. 71 nəfər isə qəza zamanı həlak olub. /