Maide.az

Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu

Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.    Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub.  "Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib.   Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib. /eastnews.org/