Maide.az

Klublarımızın avrokuboklarda oyunlarının təqvimi dəqiqləşib

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçünün çıxış edəcəyi turnir dəqiqləşib.   Maide.İnfo xəbər verir ki, Premyer Liqanın qalibi adını sona 2 tur qalmış təmin edən “Qarabağ” Çempionlar Liqasında iştirakının dəqiqləşməsi “Qəbələ”nin də harada oynayacağına aydınlıq gətirib.   Sonuncular ardıcıl 4-cü dəfə Avropa Liqasında mübarizə aparacaq. Qəbələlilər burada “İnter”lə birlikdə ölkəmizi təmsil edəcək. Azərbaycanın bu turnirdəki son komandasının adına isə Premyer Liqanın qarşıdakı iki turu aydınlıq gətirməlidi.   “Zirə”, “Sumqayıt”, “Kəpəz” və “Neftçi”nin sonuncu vəsiqə uğrunda mübarizə apardığı vaxtda digər üç komanda artıq hazırlıq planını hazırlaya bilər. Çünki “Qarabağ”, “Qəbələ” və “İnter”in avrokubok oyunlarının da püşkatmanın da vaxtı bəllidi. Təmsilçilərimiz buna uyğun şəkildə hazırlığın planlarını cıza bilər.   Yeni mövsümdə həm Çempionlar Liqası, həm də Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. “Qarabağ” II, “Qəbələ”ylə “İnter” isə I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.     19 iyun 2017 - Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması 27-28 iyun - Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar 29 iyun 2017- Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar 4-5 iyul 2017- Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları 6 iyul 2017 - Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları 11-12 iyul 2017 - Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar 13 iyul 2017 - Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar 14 iyul 2017 - Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması 18-19 iyul 2017 - Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları 20 iyul 2017 - Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları 25-26 iyul 2017 - Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar 27 iyul 2017 - Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar 1-2 avqust 2017 - Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları 3 avqust 2017 - Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları 4 avqust 2017 - Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması 15-16 avqust 2017 - Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar 17 avqust 2017 - Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar 22-23 avqust 2017 - Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları 24 avqust 2017 - Çempionlar Liqasının qrup mərhələsinin püşkatması 24 avqust 2017 - Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları 25 avqust 2017 - Avropa Liqasının qrup mərhələsinin püşkatması   Əsas mərhələ 12-13 sentyabr 2017 - Çempionlar Liqası, I tur 14 sentaybr 2017 - Avropa Liqası, I tur 26-27 sentyabr 2017 - Çempionlar Liqası, II tur 28 sentyabr 2017 - Avropa Liqası, II tur 17-18 oktyabr 2017- Çempionlar Liqası, III tur 19 oktyabr 2017 - Avropa Liqası, III tur 31 oktyabr/1 noyabr 2017 - Çempionlar Liqası, IV tur 2 noyabr 2017 - Avropa Liqası, IV tur 21-22 noyabr 2017 - Çempionlar Liqası, V tur 23 noyabr 2017 - Avropa Liqası, V tur 5-6 dekabr 2017 - Çempionlar Liqası, VI tur 7 dekabr 2017 - Avropa Liqası, VI tur 11 dekabr 2017 - Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması 11 dekabr 2017 - Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması. /