Maide.az

Küləkli hava şəraiti ilə bağlı açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda müşahidə olunan hava şəraiti ilə bağlı açıqlama verib.   Maide.az-ın məlumatına görə, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova oxu.zz-a bildirib ki, Bakıda hava şəraiti dünən axşam saatlarından etibarən pisləşib, hal-hazırda aşağı buludlu hava şəraiti müşahidə edilir.   Bakı və Abşeron yarımadasında şərq küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunub. Bakıda küləyin sürəti 15-20 m/s, bəzi yerlərdə 25-30 m/s təşkil edir.   Departamentin proqnozlarına görə, axşam saatlarından etibarən Bakı və Abşeron yarımadasında hava şəraiti mülayimləşəcək.