Maide.az

Külək Samuxun bir neçə kəndini enerjisiz qoyub

Ötən gün Samux rayonunda əsən güclü külək rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaradıb. Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Qarayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, külək rayonun təxminən 8 kəndinə gedən elektrik xətlərini sıradan çıxarıb. Onun sözlərinə görə, bu gün səhərdən başlayaraq küləyin yaratdığı fəsadlar aradan qaldırılır: “Külək şəxsi təsərrüfatlara heç bir ziyan vurmayıb”.