Maide.az

Köçkünlük itkiləri

1988-ci ildən Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib, yüz minlərlə azərbaycanlını didərgin salıb.   Novator.az rəsmi statistikaya əsaslanaraq hesablama aparıb ki, atəşkəs rejiminin qüvvədə olduğu 1994-cü ildən bəri Xankəndi şəhərindən köçkün düşən 340-a yaxın şəxs dünyasını dəyişib (şəhərin Azərbaycana bağlı icra strukturları fəaliyyət göstərmədiyi üçün statistik göstərici natamamdır).   Hesablamaya əsasən, 1994-cü ildən bəri Xocavənd qeydiyyatında olan 1150-yə yaxın, Xocalıdan 880-ə yaxın, Şuşadan 3000-ə yaxın, Laçından 9300-ə yaxın, Kəlbəcərdən 8400-ə yaxın, Ağdamdan 24400-ə yaxın, Cəbrayıldan 9200-ə yaxın, Füzulidən 16200-ə yaxın, Qubadlıdan 6400-ə yaxın, Zəngilandan 6600-ə yaxın şəxs dünyasını dəyişib.   2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kəndi və başqa yaşayış məntəqəsi azad olunub.   Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci il iyulun 1-nə Cəbrayıl rayonunun 82 min nəfər, Füzuli rayonunun 134,3 min nəfər, Zəngilan rayonunun 45,3 min nəfər əhalisi olub.   Digər bölgələr əhali sayına görə belə sıralanır:   Ağdam rayonu – 204,7 min nəfər   Kəlbəcər rayonu – 94,5 min nəfər   Laçın rayonu – 78,9 min nəfər   Xankəndi şəhəri – 55,9 min nəfər   Xocavənd rayonu – 44,2 min nəfər   Qubadlı rayonu – 41,8 min nəfər   Şuşa rayonu – 34,8 min nəfər   Xocalı rayonu – 28,9 min nəfər.