Maide.az

Kitab oxumağın hər kəsi sevindirəcək təsiri

  ABŞ-ın Yel universitetinin mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki,  mütaliə təxminən iki il insan həyatını uzada bilər.   Bu nəticəni əldə etmək üçün kitabsevərlərə gündə təxminən 30 dəqiqə  oxumaq kifayətdir.   Tədqiqatçıların sözlərinə görə, oxunulan məlumat ömürün uzunluğuna birbaşa təsir göstərir.   Alimlər həmçinin bildiriblər ki, kitabların müntəzəm şəkildə  mütaliəsi  ölüm təhlükəsini təxminən 23% azaldır.     Qeyd edək ki, tədqiqatda 50 yaşdan yuxarı olan 3 635 nəfər iştirak edib. (faktxeber) /