Maide.az

İki rayonda zəlzələ olub

Azərbaycanın Siyəsən və Bərdə rayonlarında  zəlzələ olub.   Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.   Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib.    İkinci zəlzələ isə  saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.   Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.