Maide.az

Kişilər qadınlar qədər qeybət edir - Elmi ARAŞDIRMA

ABŞ-ın Kaliforniya Universitetinin alimləri qeybət və dedi-qodularla bağlı elmi araşdırma aparıblar.   Maide.Az "Modern.az"a istinadla xəbər verir ki, bunun üçün 18-58 yaş arasında 467 nəfər (269 qadın və 198 kişi) seçilib. Onlar üzərlərində səs yazan qurğu daşımağa razı olublar.   Psixoloqlar 3-cü şəxs barədə söhbət getdiyi zaman bunu qeybət kimi qeydə alıblar. Universitetin saytı araşdırmanın nəticələrini dərc edib. Eksperiment 3 kateqoriyaya (müsbət, mənfi, netral) böldüyü 4 min qeybət qeydiyyata alıb.   İnsanlar orta hesabla hər 52 dəqiqədən bir qeybət edir. Maraqlıdır ki, formalaşan stereotiplərin əksinə olaraq, qadınlar kişilərdən daha az qeybət edir. Gənclər isə 3-cü şəxslər barəsində yaşlı adamlara nisbətən daha çox pis danışır.   Qeybətlərin mütləq əksəriyyəti məşhur şəxslər barədə deyil, ümumi tanışlar barəedə olub. Kaliforniyalı alimlər 4 min qeybət arasında mənfi xaraktelri qeybətlərin müsbət qeybətləri 2 dəfə üstələdiyin müəyyənləşdirib.   Ümumi gəlinən qənaət isə varlı ya kasıb olmaqdan asılı olmadan, hər kəsin qeybət etdiyi faktının təsdiqi olub.