Maide.az

Kiçik məlumatlarla özünüzün və sevdiklərinizin həyatını qoruma üsulu: Həyat üçbucağı - FOTO

Çoxumuz şəhərlərdə və dəmir-beton strukturlarında yaşadığımız üçün hər hansı bir təbii ya da insan qaynaqlı fəlakət zamanı zərər görməmək üçün məlumatlı olmalıyıq. Bu kimi vəziyyətlərdə veriləcək saniyəlik qərarlar sizin və ətrafınızın həyatı ilə əlaqədar dönüş nöqtəsi ola bilər. Maide.Az  fövqəladə vəziyyətlərdə insanların özünü təhlükəsiz hiss edə biləcəyi həyat üçbucağı mövqeyini diqqətlə oxumağınızı tövsiyə edir:    1. Qapalı yerdə, hər hansı bir çökmə riski meydana gəldiyində açıq sahədə olmaq ya da çömbəlmək zərər görmə riskini artırır. Ən zəif nöqtələr olaraq qəbul edilən stolların altından ya da qapı kandarından uzaq durmaq lazımdır.     2. Bədənin kiçik bir qismini belə etibarlı olmayan açıq yerdə buraxılmaması üçün diqqət etməliyik. Çöldə qalan bədən üzvünüz zərər görə bilər.     3. Həyat üçbucağı ən sadə şəkildə belə ifadə edilə bilər.     4. Ən yaxın təhlükəsiz yeri təsbit edilməli və dərhal dölün ana bətnində olduğu  formada - yəni əlllərin qoynunda qısılaraq uzanmaq vəziyyətini almalısınız.  Təhlükəsiz bölgə təsbiti üçün ilk meyar, ən az bir tərəfinizin yüksəkdə qalacaq şəkildə olmasıdır, çünki oksigen girişi və bədəninizin yuxarıdan gələcək təzyiqlərə dözə bilməsi lazımdır.     5. Bir tərəfinizdə sabit bir cisim və yerləşə biləcəyiniz qədər bir boşluq olmalıdır. Bu vəziyyətdə üstünüzə düşə biləcək hər hansı bir cisim dam vəzifəsini icra edərək ağırlığı tuta bilər.     6. İnsanların çoxunun stolların altına qaçdığı bilirik, ancaq düzgün yerdə olmaq çox əhəmiyyətlidir.     7. Üstünüzə düşə biləcək söküntü ya da əşya parçalarına qarşı maneə törədəcək bir müdafiə vasitəsi ehtimalını nəzərə almalısınız Mümkünsə, üçbucağa daxil olarkən incə bir ədyal ya da örtük kimi şeylərlə bədəninizin açıq bölgələrini örtün, partlayış və ya çökmə vaxtı gələ biləcək qəlpələrin təsirini azalda bilərsiniz.     8. Əlbəttə özünüz üçün həyat üçbucağını düşünərkən, ev heyvanınız varsa onları da mümkün olan ən yaxın ərazidə mühafizə etməyiniz lazımdır. Evcil heyvan olaraq ən çox qarşımıza çıxan pişik və itlər də ümumiyyətlə, fitri olaraq belə hallarda dölün ana bətnində olduğu  formada - yəni əlllərin qoynunda qısılaraq uzanmaq vəziyyətini keçərlər. Keçməsələr belə onları yanınızdan ayırmamaq çox əhəmiyyətlidir.     9. Belə bir risk yarandığında taxta strukturlarda olanlar digərlərinə görə daha şanslıdır, çünki taxta elastikdir. Hər hansı bir çökmə vəziyyətində özü həyat üçbucağı formasını ala bilər. Ancaq yenə də həyat üçbucağı yaratmağa laqeyd yanaşmayaq.     10. Yataqda ikən belə bir risklə qarşılaşdığınızda dərhal yataqdan sakitcə diyirlənib yatağa kürəyinizi söykəmək və dölün ana bətnində olduğu formada - yəni əlllərin qoynunda qısılaraq uzanmaq vəziyyətinə keçməyiniz tövsiyə edilir. Hətta bu tövsiyələr otellərdə də təhlükəsizlik təlimatlarında və otaqlarda gözlə görülə bilən yerlərdə yerləşdirilir.     11. Çox sürətli bir şəkildə binanı tərk etməyiniz mümkün deyilsə, həyat üçbucağına əməl edib ən yaxın yerdə qalmağınız lazımdır. Panika ilə nərdivanlardan istifadə etməyiniz ciddi zədələrə yol aça bilər. Çünki nərdivanlar, binalardan fərqli tezlik ağırlığına malikdir.     12. Üçbucaq yaratmaq üçün binanın xarici divarlarına ən yaxın olan bölgəni seçməyə çalışın. Çünki dağıntı olduqdan sonra çölə çıxa biləcəyiniz ən asan yol bu tərəflər olacaqdır.     13. Əgər mümkünsə yanınızda cib telefonu, az bir miqdar belə olsa su və az güc sərf edərək səs çıxara biləcəyiniz bir şey olsun.     14. Bu sadə təhlükəsizlik tədbirləri xilasetmə  qrupları tərəfindən ən tez vaxtda xilas edilməyinizi təmin edə bilər. (onedio.com) /