Maide.az

İki günə 11 nəfəri gün vurub

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib.   Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.    Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.