Maide.az

Kibercinayətkarlar insan ağlına müdaxilə edəcək

Yaxın gələcəkdə insan beyninə implantasiya olunan elektronika adiləşə bilər.   Futuroloqların proqnozuna görə, implantatlar mərkəzi sinir sistemini əlavə güclə təmin edəcək və insanın düşünmə qabiliyyətini xeyli genişləndirməyə kömək edəcək. Bundan başqa, birbaşa mərkəzi sinir sisteminə impulslar göndərməklə ən müxtəlif xəstəliklərin müalicəsi mümkün olacaq.   “Google” tərəfindən təsis edilmiş yeni şirkət 2023-cü ilədək miniatür elektrik implantatlar hazırlamağı qarşısına məqsəd qoyub. Üzvi elektronika artrit, diabet və astma kimi xroniki xəstəliklərin müalicəsinə imkan verəcək. Bununla belə, beyin-kompüter interfeysi beyin üçün təhlükə yarada bilər. Vaşinqton Universitetinin biorobot texnikası laboratoriyasının elektrik mühəndisi Hovard Çijekin proqnozuna görə, artıq yaxın gələcəkdə kibercinayətkarlar birbaşa insan ağlına müdaxilə edəcək. (musavat) /