Maide.az

Kerri və Zərifin növbəti görüşünün vaxtı bilindi

Maide.az-ın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 30-da İsveçrənin Cenevrə şəhərində yenidən bir araya gələcək. Bu barədə ABŞ Dövlət Departamentin nümayəndəsi Ceff Ratke məlumat verib. Onun sözlərinə görə, “altılıq” ölkələri iyunun 30-dək İranın nüvə proqramına dair yekun razılaşmanın əldə ediləcəyinə ümid edir.