Kerri Hindistanda leysana düşərək iki saat tıxacda qalıb
ABŞ dövlət katibi Con Kerri Hindistana səfəri zamanı iki saat güclü yağış səbəbindən yaranmış tıxacda qalıb. FaktXəbər-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb. Məlumatda bildirilir ki, Con Kerri və Hindistanın yüksək vəzifəli məmurlar aeroport yolunda tıxacda ilişib qalaraq, təyinat nöqtəsinə iki saat gecikiblər. Qeyd edək ki, bu gün də Hindistanda güclü leysan yağışları gözlənilir. /