Maide.az

Keçmiş Misir prezidenti Hüsnü Mübarək azadlıqda

Keçmiş Misir prezidenti Hüsnü Mübarək (Hosni Mubarak) 6 illik həbsdən sonra martın 24-də azadlığa buraxılıb.   Almasryalyoum.com saytının vəkil Farid ad Dibə istinadla yaydıqları məlumata görə, Mübarək Qahirədəki evinə dönüb.   Bu barədə Rusiyanın Ria Novosti və TASS agentlikləri də məlumat yayıb.   2011-ci ilin qışında çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Mübarək apreldə həbs olunub, 2012-ci ildə isə nümayişçilərin qətli və korrupsiya ittihamı ilə ömürlük həbsə məhkum edilmişdi.   Bir neçə məhkəmə prosesindən sonra bir sıra ittihamlar onun üzərindən götürüldü, bu il martın 2-də isə kasasiya məhkəməsi 88 yaşlı keçmiş prezidentə tam bəraət verdi. Martın 13-də isə Baş prokurorluq qərarı təsdiqlədi.   Bundan sonra hakimiyyətə seçki yolu ilə “Müsəlman qardaşları” hərəkatının lideri Mohammad Morsi gəldi.   Amma o da 2013-ci ildə ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı və hazırda ölkəni indiki prezident Abdel Fattah al-Sisi idarə edir.(azadliq.org)