Maide.az

Keçmiş kilsə məscid oldu - FOTO

Cənubi Afrikanın Durban şəhərində qədimi tarixə malik olan kilsə müsəlmanların ibadəti üçün məscidə çevrilib.    Maide.Az xəbər verir ki, Cənubi Afrikanın üçüncü ən böyük şəhəri olan Durban şəhər müsəlmanları qədimi kilsəni alaraq onu məscidə çevirib.    Müsəlmanlar uzun illər kilsədə ibadət edən xristianlara hörmət əlaməti olaraq minarələrin üzərində olan xaçın elə orada qalmasına icazə verib.    Eləcə də kilsəni məscidə çevirmək üçün Mərakeşdən müsəlman incəsənət ustaları dəvət olunub və onlar binanın içərisində divarın üzərinə Quran ayələri və Allahın adını yazıb.   Qeyd edək ki, bu bina 1903-cü ildə tikilib.