Maide.az

Kembricdə 2 min nəfərlik məscid açıqlacaq

Kembric Universitetinin şəhərciyində yaxın gələcəkdə məscid istifadəyə veriləcək.   Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, məscidin binası xeyriyyə fondlarının maddi dəstəyilə inşa olunur. Məscidin 2018-ci ilin noyabr ayında istifadəyə veriləcəyi qeyd olunub.   Kembricdəki müsəlmanlara aid olan ibadətgah Avropada ilk ekoloji məscid olacaq. Məsciddə eyni vaxtda 2 min nəfərin namaz qıla biləcəyi bildirilir.   Bundan başqa məscid kompleksində toplantılar üçün konfrans zalının da inşası planlaşdırılır.