Kazimeynə girişi qadağan edilib: Hərəm xidmətçilərinin sizin əvəzinizdən İmam Cavadın (ə) zərihini ziyarət etməsi üçün qeydiyyat aparılır
İmam Cavadın (ə) şəhadəti ərəfəsində, zəvvarların Kazimeynə girişi qadağan edilib. Maide.Az “Aljawadain” saytına istiandla xəbər verir ki, koronavirus epidemiyasının yayılması səbəbilə İmam Cavadın (ə) şəhadəti ərəfəsində İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) hərəminə giriş qadağan edilib və hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində naib olaraq O həzrətin hərəmini ziyarət etməsi üçün qeydiyyat başlanıb. Ziyarət üçün İmam Cavadın (ə) hərəmində qeydiyyatdan BURADAN keçə bilərsiz. İmam Cavadın (ə) hərəminin xidmətçiləri qeydiyyatdan keçən zəvvarların əvəzində O həzrətin qəbrini bu gün və sabah ziyarət edəcək. Allah ziyarətimizi qəbul etsin.