Maide.az

Kazimeyn şəhərində dəhşətli terror hücumunun qarşısı alındı

İraqın təhlükəsizlik qüvvələri Kazimeyn şəhərində intihar hücumları həyata keçirmək istəyən 3 intiharçı terrorçunu zərərsizləşdiriblər.   İraqın təhlükəsizlik qüvvələri əvvəlcədən əldə olunmuş kəşfiyyat məlumatları əsasında keçirdikləri əməliyyatı uğurla yekunlaşdırıblar. İraqın Terrorla Mübarizə İdarəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, içərisində 3 intiharçı terrorçu olan maşın Bağdadın şimalındakı Tərmiyə rayonunda partladılıb.   Təhlükəsizlik qüvvələrinin uğurla həyata keçirdikləri əməliyyat nəticəsində, Kazimiyyə şəhərində planlaşdırılmış terror hücumunun qarşısı alınıb.(deyerler)