Kazanda ‘Multikultural dünyada İslam’ forumu keçiriləcək
Sentyabrın 26 və 27-də IX Beynəlxalq "Multikultural Dünyada İslam" Forumu keçiriləcək. Maide.Az “islam.ru”a istinadla xəbər verir ki, forumda xarici və yerli islam alimləri, Rusiya və Tatarıstan hakimiyyət nümayəndələri, Rusiya Federasiyası və Tacikistanın müsəlman icmasının nümayəndələri iştirak edəcək. Forumda Rusiyanın xarici siyasətindəki İslam amili, Orta Asiyadakı radikal islamçılığa və terrorizmə qarşı mübarizə, terrorist və ekstremist cinayətlərə görə cəza çəkmiş insanların yenidən ictimailəşmə və uyğunlaşma sahəsindəki Orta Asiya təcrübəsi, ABŞ-ın Yaxın Şərqdəki regional münaqişələrin genişlənməsinə təsiri və digər mövzular müzakirə olunacaq.