Maide.az

Kazan-Bakı aviareysləri gündəlik olacaq

İyunun 17-dən başlayaraq Kazan-Bakı aviareysləri hər gün baş tutacaq.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, biletlər artıq satışa çıxarılıb.   Qeyd olunur ki, həmin reysləri iki aviaşirkət – AZAL və “Buta Airways” həyata keçirəcək.   Kazandan təyyarə 19:20-də qalxacaq, Bakıda 22:50-də eniş edəcək. Əks istiqamətdə isə uçuşlar 16:40-da başlayıb, 18:20-də başa çatacaq.