Kasablankada təşkil olunan kitab sərgisində ən çox satılan kitab – Quran
Mərakeşin Kasablanka şəhərində təşkil olunan 22 –ci beynəlxalq kitab sərgisində ən çox satılan kitab Quran olub. Maide.az xəbər verir ki, beynəlxalq sərgi fevralın 11-dən 21-nə kimi davam edib. Sərgi həm nəşriyyatçıların və həmdə baxış keçirən insanların böyük marağına səbəb olub. Sərgidə Qurandan başqa uşaqlar üçün hazırlanmış kitablar da ən çox satılan kitablar sırasında olub. /