Karlar üçün ilk Quran tətbiqi istehsal edilir
Kuveytdə karlar üçün ilk Quran tətbiqi istehsal olunacaq. Maide.Az bildirir ki, Kuveytin “alrai” qəzetinin məlumatına görə, tətbiq iOS və Android sistemlərində çalışacaq. Tətbiqdə Quranın 30 cüzü, sadə təfsiri, namaz hökmləri və dini məlumatlar işarə dilində təqdim olunacaq. Tətbiqin ilin sonunadək istifadəyə veriləcəyi bildirilir.