Maide.az

Karateçilərimiz dünya çempionatında 3 medal qazandılar

Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurublar.   Medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.   75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.   Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 4-cü yerlə kifayətlənib.    Beləliklə, ümumi komanda hesabında Azərbaycan 5-ci, Avropa ölkələri arasında isə 2-ci yerə sahib çıxıb.   Yarışın təntənəli bağlanış mərasimində Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib.    Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib. (Report) /