Karandaşdan hazırlanmış ən böyük bayraq
Birləşmiş Ərəb Əmirliklərində karandaşdan ən böyük bayraq hazırlanıb. Maide.az-ın məlumatına görə, Milli Gün bayramının 43-cü il dönümü ilə əlaqədar BƏƏ-də karandaşdan hazırlanmış ən böyük bayraq nümayiş olunub. Bu bayraq Ginnesin rekordlar kitabına daxil olub. Bu bayragın yaradılmasına qara, qırmızı, ağ və yaşıl rəngdə 250 min karandaşdan istifadə olunub. Məlumata görə bütün dünya rekordlarını üstələyən bayraq 1000 kv.m. ərazini əhatə edib. //