Kanadada 5.8 bal gücündə zəlzələ olub
Kanadanın şımalında 5.8 bal gücündə zəlzələ baş verib. Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Kornuollis adasından 86 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 18,6 kilometr dərinlikdə yerləşib. Dağıntılar və tələfat barədə hələ məlumat daxil olmayıb.