Maide.az

Kanada ABŞ məhsullarını boykot etməyə başladı

ABŞ prezidenti Donald Trampın gömrük vergilərini artırması səbəbindən Kanadada ticarətçilər ABŞ məhsullarının boykot edilməsinə start verib.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, yerli əhali də bu addıma dəstək verərək ABŞ məhsullarını almamağa başlayıblar.   Sakinlər bildirirlər ki, artıq Kanadanın öz istehsalı olan mıhsullara üstünlük verirlər. Bəziləri isə ABŞ-a səyahət etməyəcəyini də bildirib.   Qeyd edək ki, Kanadada supermarketlərdə satılan məhsulların 40-60 faizi ABŞ istehsalıdır.