Maide.az

Kameronda məscidə hücum, 4 nəfər həlak olub

Kameronun şimalında canlı bomba özünü məsciddə partlatdı, 4 namaz qılan şəxs həlak oldu.  Maide.az xəbər verir ki, Kameronun şimalında Nigeriya sərhəddinə yaxın Nguetchewe  kəndində məsciddə kamikadze özünü partladıb, 4 namaz qılan şəxs həlak olub, 2 nəfər yaralanıb.  Partlayış yerli vaxtla saat 6:00-da sübh namazı vaxtı baş verib.  Qeyd edək ki, beş gün öncədə bu bölgədə oxşar hücum olmuşdu və hücum zamanı 12 nəfər həlak olmuşdu. /