Kaliforniyada meşə yanğınlarında 150 nəfər itgin düşüb
ABŞ-ın Kaliforniya ştatının şimalında baş verən meşə yanğınlarında 150 nəfər itgin düşüb. Maide.Az xəbər verir ki, ABŞ polisi elan edib ki, güclü küləklərin daha da alovlandırdığı yanğınlara görə indiyədək 15 nəfər həlak olub, 150 nəfər itgin düşüb. Məlumatda bildirilir ki, 20 min nəfərdən çox insan evindən didərgin düşüb, 1500 ev, şirkət binası dağılıb. Yanğın ərazisində xeyli yolun bağlandığı bildirilir.