Kabildə partlayış baş verib
Əfqanıstanın paytaxtı Kabildə Rabitə Nazirliyi binası yaxınlığında patlayış baş verib. Maide.Az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, hadisə yerində terrorçular və təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Bəzi xəbər qaynaqları terrorçu kamikadzenin Nazirliyin binasına daxil olduğnu bildirir.