Maide.az

Kabildə partlayışda xarici fotoqraf və jurnalistlər də öldü

Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 27 nəfərdir.   Bundan əvvəl 7 nəfərin öldüyü, 20-nin yaralandığı bildirilirdi.   Məlumata əsasən, partlayışlardan birini motosikletdə olan terrorçu-intiharçı törədib.   Ölən və yaralananlar arasında "TOLOnews", "1TV" və "Al Jazeera" telekanallarının jurnalistləri də var. "Frans Press" agentliyi partlayış nəticəsində fotoqrafı Şa Marainin həlak olduğunu bildirib.