Kabildə şiələrin məscidi yaxınlığında partlayış baş verib
Əfqanıstanın paytaxtı Kabilin qərbində şiələrin məskunlaşdığı bölgədə məscid yaxınlığında partlayış baş verib, 10 nəfə şəhid olub, 22 nəfər yaralanıb. Maide.Az “tolonews”-a istinadən xəbər verir ki, bu gün baş vermiş partlayışı intiharçı məscidin girişindəki yoxlama bölgəsində partladıb. İntiharçı özünü içərisində böyük insan izdihamı olan məscidin içərində partlatmağa çalışarkən partlayış baş verib. Partlayış baş verən məscdiddə Əfqanıstanın Hezarə şiə tayfasının başçısı Əbdüləli Məzari iştirak edirmiş. Yaralılar xəstəxanaya çatdırılıb. Bəzilərinin durumunun ağır olduğu bildirilir.