Maide.az

Kabildə partlayış baş verib

Afqanıstanın paytaxtında partlayış baş verib.   Maide.Az "iribnews"-a istinadən xəbər verir ki, partlayış  Əfqanıstanın Milli Təhlükəsizlik Nazirliyi binası yaxınlığında baş verib.   Ölkənin Daxili İşlər Nazirliyi Kabildə baş vermiş partlayışda azı 1 nəfərin ölməsi barədə məlumat yayıb.   Məlumata görə, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.   Partlayışda daha 6 nəfərin yaralandığı bildirilib.