Maide.az

Kabildə hərbi akademiyaya hücum olub -YENILƏNİB

İŞİD terror qruplaşması Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb.   Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.   *** Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.   Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb.   Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, biri saxlanılıb, biri müqaviməti davam etdirir.