Maide.az

Kabildə terror: 30 ölü, onlarla yaralı var - FOTO /YENİLƏNİB

(ilk xəbər 10:41-də dərc olunub,  təfərrüatlar əlavə olunub)    Əfqanıstanda  “Avapress” xəbər agentliyinin  və Tebryan Mədəniyyət Mərkəzinin binasında kamikadze özünü partladıb   Maide.Az “avapress”- xəbər saytına istinadən  məluamt verir ki, bu gün səhər Əfqanıstanın Kabil şəhərində 2 kamikadze “Avapress” xəbər agentliyinin və Tebyan Mədəniyyə Mərkəzinin binasına soxulub və  özünü partladıb.    İlk intiharçı yerli vaxtla saat 9:50-də, bir neçə dəqiqə sonra ikinci intiharçı  özünü partlatdıb.   Məlumata görə, ölənlərin sayı 30 nəfərdən çoxdur.  Hadisə nəticəsində 40-dan çox yaralı var.   Partlayışlar baş verdiyi zaman avapresin mətbuat konfransında  elmi seminar keçirilirmiş. Ölənlərin əksəriyyəti həmin seminarın iştirakçılarıdır və tələbələrdir.   Avapress agentliyi Əhli-beyt (ə) məktəbinin davamçıları tərəfindən idarə olunur.