Maide.az

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.   Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.   Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib.   Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında terrorçu-kamikadze Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin qarşısında özünü partladıb.   Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. (apa)