Maide.az

Kabildə Əhli-beyt (ə) ardıcıllarının məscidi yaxınlığında partlayış; ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə Qale-Fəthullah bölgəsində Əhli-beyt (ə) ardıcıllarının məscidi yaxınlığında partlayış baş verib.    Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, intiharçı özünü İmam Hüseyn (ə) əzadarlarının arasında partlatmaq istəyib. Təhlükəsizlik qüvvələri onu zərərsizləşdirmək istəyərkən məscid yaxınlığında özünü partladıb.    Partlayış nəticsəində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.