Kabildə terrorçular `İmam Zaman` məscidində insanları girov götürüb
Kabil polisi şəhərin simalında Xeyr-Xana bölgəsində İmam Zaman (əc) məscidinə terror hücumunun olmasını təsdiqləyib. Maide.Az xəbər verir ki, polisin məlumatına görə, ilk öncə cümə namazı qılınarkən məsciddə partlayış baş verib və daha sonra silah səsləri eşdiliib. Polis terrorçuların məscidin içərisinə soxularaq namaz qılan şəxslər atəş açdığını bildirib. 14 nəfərin şəhid olduğu və xeyli sayda insanın yaralandığı bildirilir. Qurbanlar arasında məscidin imamı da var. Şahidlərin bildirdiyinə görə, terrorçular məsciddə insanları girov götürüb. Qeyri-rəsmi mənbələrdə isə qurbanların sayının dəfələrlə ço olduğu bildirilir. Bəzi məlumatlara görə, terrorçular hələ də məsciddədir. Hüquqmühafizəçilər qurbanların sayını artırmamaq üçün hələ ki, əməliyyat etmirlər.