Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 42 nəfər yaralanıb - YENİLƏNİB
(ilk xəbər bu gün səhər 09:01-də dərc olunub) Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış şiə ruhanisi və baş nazirin ikinci müavini Məhəmməd Mühəqqiqin evinin yaxınlığında baş verib. Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi elan edib ki, bu gün səhər baş verən partlayışda 24 nəfər həlak olub, 42 nəfər yaralanıb. Əfqanıstan DİN sözçüsü Nəcib Daneş bildirib ki, həlak olan şəxslərin hamısı dinc sakinlərdir. Kabil şəhər polisininin sözçüsü Bəsir Mücahid bildirib ki, partlayış avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində olub. Belə ki, bomba quraşdırılmış avtomobil özünü Əfqanıstanın Mədən Nazirliyinin əməkdaşlarını daşıyan mikroavtobusa çırpıb. Partlayış nəticəsində ətrafdakı mağazalar və avtomobillərədə ziyan dəyib. Taliban terror qruplaşması bu hücumun məsuliyyətini üzrəində götürüb.