Maide.az

Kabildə güclü partlayış olub: 2 ölü, 2 yaralı

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.   Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 2 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.   İnsidentin digər təfərrüatları açıqlanmır.   Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.